
Revmatizm zamanı pəhriz
Revmatizmin kəskinləşməsi zamanı 3-4 gün ərzində meyvə rəhrizi saxlamaq, daha sonra isə balanslaşdırılmış qida rejiminə keçmək məsləhət görülür.
Xəstənin qəbul etdiyi qida məhsulları zülallarla və vitaminlərlə, xüsusən də C vitamini ilə zəngin olmalıdır. Qidada xörək duzu, karbohidratlar (şəkər, ağ çörək, kartof), qızardılmış və yağlı yeməklər, ədviyyatlar, çay, qəhvə, alkoqol məhdudlaşdırılmalıdır.
Revmatizm zamanı ilin fəslinə uyğyn olaraq qarpız, təzə qaragilə meyvələri, bunlardan hazırlanmış dəmləmə (1 stəkan qaynar suya 1-2 çay qaşığı), bişirmə və kisellər, ballı quşüzümü şirəsi qəbul etmək məsləhətdir.
Revmatizmli xəstələr ildə 4-6 kurs buğda rüşeymli məcunundan daxilə qəbul etməli və günün 1- ci yarsı 10-15 q çiçək tozu istifadə etməlidilər.