
Qızılgül, gül suyu və çayı
Qızılgülü adətən gördükdə, qoxladıqda, kiməsə təqdim etdikdə və aldıqda belə xoş təəssürat və müsbət ruh bəxş edir. Əbəs yerə deyil ki güllərin şahı qızılgülü parfumeriyada hələ qədim zamanlardan istifadə etməyə başlamışdılar. Hətta müalicə məqsədilə gülab belə istifadə edilir, susuzuluğu azaltmaqdan ötrü qəbul olunur.
Demək olar ki, qızılgül təbii antidepressantdır.
Gərgin iş günündən sonra üzünüzü qızılgül suyunda isladılmış pambıqla silin və bir qədər uzanın. Bu sizi sakitləşdirəcək və gərginliyin azalmasına kömək edəcək.
Qızılgül suyu ilə vannalar da çox yaxşı sakitləşdirici təsir edir. Vannanı ilıq su ilə doldurun və ora 1 stəkan qızılgül suyu tökün. Belə vannalar həmçinin bədən dərisinə də çox müsbət təsir edir - cavanlaşdırır, daha hamar edir.
Baş ağrıları, miqren zamanı pambıq parçanı gül suyunda bir qədər isladın və alnınıza qoyub uzanın. Bu baş ağrıların azalmasına kömək edəcək.
Qızılgül suyu bir çox xəstəliklər və pozulmalar zamanı təbii müalicəvi vasitə kimi istifadə oluna bilər. Belə ki, qızılgül suyu güclü antiseptik xüsusiyyətlərinə malikdir. Damaq problemləri zamanı (iltihablar, damaqların həssaslığı və s.) gün ərzində bir neçə dəfə ağız boşluğunuzu qızılgül suyu ilə qarqara edin. Bunu bir müddət etdikdən sonra siz iltihabın azalmasının və damaqların möhkəmlənməsinin şahidi olacaqsınız.
Boğaz iltihabları zamanı gün ərzində bir neçə dəfə qızılgül suyu ilə qarqara edin. Bu iltihabın azalmasına kömək edəcək.
Dəri xəstəlikləri zamanı (dermatit, ekzema, psoriaz və s.) qızılgül suyu ilə vannalar və islatmalar çox yaxşı müalicəvi təsir edir.
Daxilə qəbul etdikdə qızılgül suyu həzm sisteminə çox müsbət təsir edir, mədə-bağırsaq sisteminə iltihabların azalmasına kömək edir, antiseptik təsir edir.
Qızılgül suyu qaraciyərin fəaliyyətini yaxşılaşdırır.
Qızılgül suyu kosmetologiyada çox geniş istifadə olunur. Ev şəraitində təbii qızılgül suyu tonik kimi istifadə etmək olar. Daim istifadə etdikdə qızılgül suyu üz dərisini cavan və sağlam saxlamağa kömək edir, qırışların əmələ gəlməsinin qarşısını alır, dərini daha elastik edir, iltihabları azaldır.
Qızılgül suyu saçların vəziyyətinə də çox müsbət təsir edir. Saçlarınızı yuduqdan sonra onları qızılgül suyu əlavə olunmuş su ilə yaxalayın və sonra qurudun.
Qızılgülü çayı ağ və qırmızı rənglərindən daha çox qırmızıdan istifadə edilir. Qızılgül ətri və dadı isidici effekti olan digər ədviyyatlarla kifayət qədər dadlı bir vəhdət yarada bilər. İstəkdən asılı olaraq çayınıza hil, mixək dənəcikləri, əlvan rəng üçün məkkəgülü ləçəkləri, zəncəfil kökü və s. əlavə etmək olar. Belə bir tərkiblə çay dəmləyə bilərsiz.
30 q məkkəgülü, 20 razyana, 20 q melissa, 3-4 ləçək gül qurusu, 2 hissə hil və mixək əlavə edilir 20 dəq 500 ml qaynar suda dəmlənib gün ərzində 2-3 dəfə daxilə istifadə edilir. Çayı içərkən üzərinə 1 desert qaşığı qaratikan balı əlavə etməyi unutmayın! Bu çayın faydaları çoxdur.
Bağırsaqlarda faydalı bakteriyaların miqdarını bərpa edir. Bədəndə suyun qalmasını aradan qaldıraraq böyrəklər vasitəsilə zərərli maddələrin yuyulmasını təmin edir. İshal, qəbizlik və digər mədə-bağırsaq narahatlıqlarına qarşı effektivdir. Qaraciyər problemlərinin aradan qaldırılmasına müsbət təsir göstərir. Ödün yuyulmasını təmin edir. Menstrual sancıların azalmasına yardım edir.